28 Oktyabr 22:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət tərəfdarları Gürcüstana rəsmi səfərə gələn Macarıstanın baş naziri Viktor Orbanı fitə basıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, hadisə “Tbilisi Marriott” otelinin yaxınlığında baş verib.

Aksiya iştirakçıları Viktor Orban oteldən çıxaraq maşına doğru gedərkən onu fitə basıb və onun ünvanına nalayiq sözlər deyib. Daha sonra Macarıstan baş nazirinin kortejin müşayiəti ilə ərazini tərk edib.


Müəllif: Arzu

Oxşar xəbərlər