00:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Kanada bu ölkənin rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və digər qərəzsiz müşahidəçilərin məlumatlarına görə, seçki günü seçicilərin hədələnməsi, səslərin satın alınması və digər qanun pozuntuları ilə bağlı geniş yayılmış insidentlərdən narahatdır” - bəyanatda deyilir.


Müəllif: Arzu

Oxşar xəbərlər