28 Oktyabr 22:17
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı mitinqin keçiriləcəyi parlament binası önünə xüsusi təyinatlılar yerləşdirib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, parlament binasının yaxınlığında xüsusi təyinatlılar yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra etirazlara dəstək istəyib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib , müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.


Müəllif: Arzu

Oxşar xəbərlər