00:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç ABŞ-la 362,9 milyon dollar dəyərində orta mənzilli "AIM-120C-8 AMRAAM" raketlərinin alınmasına dair saziş imzalayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

"Daha çox yeni raketlərlə Norveç Silahlı Qüvvələri ölkəni hava hücumlarından daha yaxşı müdafiə edə biləcək" - məlumatda deyilir.

Müdafiə nazirliyinin məlumatında qeyd olunur ki, raketlər hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin "F-35" qırıcıları tərəfindən də istifadə oluna bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər