28 Oktyabr 22:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyalı jurnalist Yuri Alekseyev Belarusdan siyasi sığınacaq istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, jurnalist oktyabrın 26-da Riqadan Vilnüsə oradan da Minskə gedib. Jurnalistin sözlərinə görə, o, Belarusdan siyasi sığınacaq istəməyi planlaşdırır.

Latviyada Alekseyevi milli, etnik və ya irqi ədavətin qızışdırılması, qanunsuz silah-sursat saxlamaq və uşaq pornoqrafiyası olan materialları yaymaq ittihamları ilə həbs cəzası gözləyir.

Alekseyevin özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və ona qarşı qaldırılan cinayət işini uydurma hesab etdiyini bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər