00:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu Abu Dabidə görüş zamanı Ukrayna münaqişəsini müzakirə edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Əl Nahyan və Şoyqu ikitərəfli əməkdaşlığın müəyyən aspektlərini, Ukrayna, beynəlxalq və regional təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər”, - məlumatda deyilir.

Departament əlavə edib ki, Rusiya və BƏƏ nümayəndələri arasında görüş səmimi dostluq və qarşılıqlı etimad şəraitində keçib.


Müəllif: Arzu

Oxşar xəbərlər