28 Oktyabr 23:23
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərindən sonra Gürcüstanda müxalifətə Prezident Salome Zurabişvili başçılıq edir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Zurabaşvili artıq seçkilərin nəticələrini tanımadığını bəyan edib və xalqı etirazlara çağırıb. ABŞ və Avropa Birliyi də nəticələrə şübhə ilə yanaşdığını və saxtakarlıq olduğunu açıqlayıb. Qərbdən gələn mesajlardan sonra Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və digər müxalif qüvvələr etiraz aksiyalarına başlayır. Bu etirazlar seçkidə qalib gələn “Gürcü Arzusu”na təzyiq yaratsa da, Gürcüstanda inqilab gözlənilmir”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, “Gürcü Arzusu” Zurabişvilidən sonra Qərbə bağlı olmayan və özündən tam asılı birini onun yerinə seçəcək:

“ABŞ və Avropa Birliyi etiraz aksiyalarını dəstəkləyəcək. Amma cəmiyyətin narazı kəsiminin vahid lideri olmadığı üçün proses sönük olacaq. İndiki məqamda Qərbin meydana “ikinci Saakaşvili” çıxara biləcəyinə inanmıram. Müxalifətə rəhbərlik edən Zurabişvilinin daxildə reytinqi o qədər yüksək deyil.

Əlbəttə, Gürcüstan hökuməti Avropa Birliyi və ABŞ-la münasibətləri qaydaya salmağa çalışacaq. Qərb isə hökumətə tətbiq etdiyi sanksiyaları götürməyə tələsməyəcək, sonda reallıqla barışmalı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər