20:06
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 13 ştatında “McDonald’s”ın “Quarter Pounder” burgerlərində bağırsaq çöpü (e.coli) epidemiyası yayılıb.

Teleqraf.com "Tribunainfo.az"a istinadən xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəz (CDC) məlumat yayıb.

Bildirilib ki, zəhərlənməyə doğranmış soğan və ya mal əti köftələrinin səbəb olduğu ehtimal olunur.

“McDonald’s”a soğan tədarük edən “Taylor Farms” könüllü olaraq sarı soğanların verilməsini dayandırıb.

Burgerdən zəhərlənənlərin sayının artması fonunda araşdırma işləri davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər