28 Oktyabr 23:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstan xalqının son parlament seçkilərində səsvermə zamanı nə baş verdiyini bilmək hüququ var".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Von der Leyen qeyd edib ki, Gürcüstan xalqı demokratiya uğrunda mübarizə aparır və ötən həftə sonu nə baş verdiyini bilmək hüququna malikdir.

“Gürcülərin bu həftə sonu nə baş verdiyini bilmək hüququ var. Pozuntuların operativ, şəffaf və müstəqil şəkildə araşdırılmasını görmək hüququ. Çünki azad və ədalətli seçkilər Avropa dəyərlərinin əsasını təşkil edir” - Leyen deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər