28 Oktyabr 23:05
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabı Ermənistanda çap oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Erməni nəşri xatırladır ki, Türkiyə lideri kitabı sentyabrda ABŞ-da görüşdüyü Baş nazir Nikol Paşinyana hədiyyə edib:

“Sentyabrın sonunda Nyu-Yorka səfəri zamanı Paşinyan Türk Evində qonaq olub və Ərdoğanla görüşüb, ondan “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə alıb. Paşinyan hətta kitabı sinəsinə basaraq şəkil çəkdirib, ardınca ailə qəzetində (“Haykakan Jamanak”) Türkiyə Prezidenti Ərdoğanın yazdığı kitabla bağlı uzun məqalə dərc etdirib.

Türkiyədə Ərdoğanın kitabının erməni dilinə tərcüməsi işinə başlanılıb, həmin kitabın nəşrini maliyyələşdirəcəklər. Paşinyan da bu kitabın tərcüməsinin əleyhinə deyil. Mümkündür ki, Ermənistanda çap bəzi nəşriyyatlar üçün cəlbedicidir”.

“Past” iddia edir ki, yaxın vaxtlarda Ermənistanda mağazalarda Türkiyə liderinin erməni dilinə tərcümə olunmuş kitabları görünə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər