O, hələ də 1990-cı illərdəki kimi incə və ecazkar bədənin sahibi olan qadındır. Vaxtilə Kris İsaakın “Wicked Game” mahnısı üçün çəkilmiş klipdə ən isti görüntülərlə bir anda bütün dünyanın diqqətini üzərinə çəkməyi bacarmışdı.
Söhbət danimarkalı supermodel Helena Kristensendən gedir. O, “Victoria Secret”in mələklərindən biri sayılırdı və “Miss Universe” müsabiqəsinə qatılsa da, burada yalnız şansla yox, özünün ecazkar gözəlliyi ilə qalib gəlmişdi.
Bu gün 50 yaşında olan Helena hələ də kişilərin ürəklərini fəth etməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bir zamanların supermodeli Helena Kristensen yenidən fotosessiya üçün kamera qarşısında soyunub.
O, İnstaqram hesabında fotoların bir kitab layihəsi üçün çəkildihini bildirib: “İzləyicilərimə həzz verdim və komplimentlərlə fotolarımı “bombardman” etdilər”.
Helena Kristensenin fotolarını təqdim edirik: