18 Mart 2019 08:05
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa regional şurasının üzvü Katerin Bleinin Yeni Zelandiyada 49 müsəlmanı qətlə yetirən terrorçu Brenton Tarrantla bağlı paylaşımı ciddi skandal yaradıb.

Axar.az xəbər verir ki, siyasətçi terrorçunu müdafiə edib, onun haqlı olaraq qisas aldığını bildirib.

“Yeni Zelandiyadakı qətliam: Gözə-göz...” - deyə Blein Tvitter mikrobloqunda yazıb.

O, bu paylaşımından sonra təmsil olunduğu Milli Cəbhə Partiyasından qovulub və ardıcıl ictimai basqılardan sonra bu tvitini silib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər