Dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb.
Teleqraf.com xəbər verir ki, satış Belçikada baş tutub.
İnternet vasitəsi ilə həyata keçirilən satış zamanı Armando adlı erkək göyərçinə bir milyon avrodan artıq qiymət verilib.
Uzun məsafəli yarışlarda çempion adını qazanan 5 yaşlı göyərçinin bir çinli tərəfindən alındığı qeyd olunub.
Qeyd edək ki, 2017-ci ildə Belçikada bir göyərçin 400 min avroya satılmışdı.