18 Mart 2019 21:13
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani sanksiyalar siyasətinə görə, ABŞ-ı beynəlxalq məhkəməyə verməyi təklif edib.

Teleqraf.com-un məlumatına görə, H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların çox sərt olduğunu deyib.

İran prezidenti ölkənin sanksiyaların öhdəsindən gəldiyini də əlavə edib:

“Sanksiyalar milli valyutanın dəyərinə təsir edib, inflyasiya artıb, amma biz bunun öhdəsindən gələ bildik. ABŞ düzgün yolda deyil və biz bununla mübarizə aparmalıyıq. İranın məhkəmə orqanları ABŞ-a, onun məmurlarına, eləcə də sanksiyanın müəlliflərinə bəşəriyyətə qarşı cinayət ittihamları ilə iddia qaldırmalıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər