24 Mart 2019 20:09
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana gedib.

Teleqraf.com xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında Y.Stoltenberqi Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

Baş katib sabah Gürcüstanın baş naziri Mamuka Baxtadze, prezident Salome Zurabişvili və parlament sədri İrakli Kobaxidze ilə görüş keçirəcək.

Y.Stoltenberq Gürcüstana səfəri çərçivəsində NATO - Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.


Müəllif: Teleqraf.com