Yəməndə həyata keçirdiyi məxfi hərbi tədbirlər zamanı İngiltərənin 5 hərbçisi yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Birləşmiş Krallığın Yəməndə həyata keçirdiyi məxfi hərbi tədbirlər sırasında meydana gələn silahlı qarşıdurmada 5 ingilis xüsusi təyinatlısı yaralanıb.
Xəbərdə ingilis hərbçilərin İranın dəstəklədiyi üsyançı qüvvələrlə silahlı qarşıdurma zamanı yaralandıqları deyilir.
Silahlı qarşıdurma Yəmənin şimalındakı Sadah bölgəsində meydana gəlib.
İngiltərə hərbçiləri əsasən, ayaq və qolundan yaralanıb.