5 Aprel 2019 19:13
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan onun yanında söyüşərək əlbəyaxa olmaq istəyən mer və deputatı sakitləşdirməyə məcbur olub.

Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, Paşinyan ölkənin ikinci böyük şəhəri Gümrüdə jurnalistlərə müsahibə verərək yol tikintisinin yubadılması və bunun da sakinləri narahat etdiyini bildirib. Bu zaman Gümrü şəhərinin meri Samvel Balasanyan və deputat Sarik Minasyan arasında qızğın mübahisə yaranıb. Onlar bir-birini təhqir etməyə başlayıblar və əlbəyaxa dava-dalaşa cəhd ediblər. Baş nazirin bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, mer və deputat ona məhəl qoymayaraq söyüşləri və hədələri davam etdiriblər. Jurnalistlərin qarşısında bu biabırçı vəziyyətin davam etməsini görən Paşinyan deyib: ”Siz hələ küçə dava-dalaşına da başlamaq istəyirsiniz. Dərhal sakitləşin!”

Erməni mətbuatı yazır ki, baş nazirin əsəbi şəkildə irad bildirməsindən sonra mer və deputat ərazidən uzaqlaşdırılıb.


Müəllif: Teleqraf.com