10 Aprel 2019 10:46
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqresə Türkiyədə ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasında işləyən türklərin həbsində məsuliyyət daşıyan yüksək çinli məmurlara sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi daxil olub.

Teleqraf.com xəbər verir ki, layihəni respublikaçı senator Roger Viker və demokrat senator Ben Qardin tərəfindən hazırlanaraq Konqresin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası olaraq tanınan Helsinki Komissiyasına təqdim edib.

Qanun layihəsində ABŞ administrasiyasından ədalətsiz həbslərdə rolu olan yüksək səviyyəli türk rəsmilərinə sanksiyalar tətbiq etməyi, onların ABŞ-a daxil olmasını və Amerikadakı aktivlərinin dondurulmasını nəzərdə tutur.

Layihədə ABŞ Prezidenti Donald Trampdan Türkiyədən təməl haqlara və azadlıqlara sayğı göstərmək çağırışı etməsi də istənilir.

“ABŞ vətəndaşlarını və diplomatik missiyada işləyənləri siyasi ittihamlardan qorumaq- 2019” adı verilən qanun layihəsində Türkiyədə minlərlə şəxsin siyasi səbəblərindən həbs qurbanı olduğu vurğulanır.

Senator Qardin deyib ki, türk hökumətinin ABŞ vətəndaşlarını və ABŞ tərəfindən işə götürülən türk vətəndaşlarını haqsız şəkildə həbs edilməsi insan haqları pozuntusudur. Qanun layihəsi Türkiyənin bu istiqamətdə illərdir addımlar atmasına ABŞ-ın tolerantlıq nümayiş etdirməyəcəyini açıq şəkildə ortaya qoyur.


Müəllif: Cavad