“Ay-ulduzlu bir layihəmiz var. Elə bir binanın tikintisini nəzərdə tutmuşuq ki, Pentaqona rəqib olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Layihə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da razılığının olduğunu deyən Akar qeyd edib ki, qarşıdakı günlərdə layihənin genişləndirilməsi üçün toplantı keçiriləcək.
Nazir Müdafiə Nazirliyinin yeni binasının beş guşəli ulduz və aypara formasında olacağını bildirib.
ABŞ-Türkiyə münasibətlərinə toxunan Akar əlaqələrin illərdir davam etdiyini və önəmli olduğunu deyib. O, iki ölkə arasında həm hərbi, həm də digər sahələrdə əməkdaşlğın inkişafından söz açıb. Yaranmış bəzi problemlərə gəldikdə nazir bildirib ki, bu problemləri başqaları yox, özümüz həll edəcəyik.