İranın Kürdüstan əyalətinin Kamyaran şəhərində silahlı kürdlərlə baş verən silahlı qarşıdurmada İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 1 hərbçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində SEPAH-ın çoxlu sayda hərbçisi yaralanıb.
Hadisə iranlı hərbçilərin bölgədə reyd keçirdiyi vaxt baş verib, SEPAH hərbçisi Nasir Durudi aldığı güllə yarasından yerindəcə həlak olub.