İŞİD-in Kərkükdə hüquq-mühafizə orqanlarına iki hücumu nəticəsində bir neçə polis öldürülüb.
Teleqraf.com xəbər verir ki, hücumda 6 polis əməkdaşının qətlə yetirildiyini eneral Saad Harbiyə təsdiq edib.
Qeyd edilir ki, İŞİD-in birinci hücumu Kərkük şəhərinin cənubunda, Riyad qəsəbəsinin Aleviyə kəndi yaxınlığında olub. Burada terrorçular polisi tələyə salaraq 4 əməkdaşı qətlə yetirib.
İŞİD-in ikinci hücumu isə Rəşad qəsəbəsinin Telsuse kəndi yaxınlığında olub. Burada 2 polis əməkdaşı öldürülüb.