"Dünyanın ən gözəl nənəsi" olmağı heç ağlına da gətirməyib. Onun qızı bunu təkid edib və anası əvəzdən beynəlxalq müsabiqədə qeydiyyatdan keçib. Bolqarıstanda keçirilən bu yarışmadan sonra ona ABŞ-dakı müsabiqə üçün təklif gəlib."
Teleqraf.com xəbər verir ki, bir neçə il əvvəl "Mrs Grandma Globe" yarışmasında "super nənə" titulunu qazanan Svetlana Qass daha bir yarışmaya qatılıb.
Bu dəfə "Ms.Transcontinental Classic" gözəllik yarışmasında özünü sınamaq qərarına gələn Qass gözləmədiyi nəticə qazanıb. Ukraynalı qadın burada da özünü sınamaq istəyib. Qalib olan Svetlana Ukraynanın rekordlar kitabına da düşüb. 60 yaşı olan Qass görünüşü ilə 40 yaşlı xanımlardan seçilmir.