Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sentyabrın sonu Nyu-Yorkda keçiriləcək 69-cu sessiyasının müzakirə olunacaq məsələlər ilə bağlı “Böyük yeddilik” ölkələri məsləhətləşmələr aparıb.
Teleqraf.com-un ria.ru-ya istinadən verdiyi xəbərə görə, görüş zamanı dünya ölkələrinin Ukraynada baş verən hadisələrə münasibətləri dəqiqləşdiriləcək. Üzv ölkələr Rusiyanı bu əməldən çəkindirmək üçün dünya ölkələrinin fikirləri öyrəniləcək. Həmçinin İraqda İraq-Şam İslam Dövləti terror təşkilatının törətdikləri və bunun qarşısının alınması üçün qərarlar qəbul olunacaq.
Verilən məlumatlarda bildirilir ki, assambleya çərçivəsində “Böyük yeddilik” ölkələrinin liderlərinin görüşü gərgin qrafikə görə baş tutmayacaq. İclas ərəfəsində ABŞ dövlət katibi Con Kerrinin Yaponiya xarici işlər naziri Kisidı Fumio ilə görüşü gözlənilir.
Xatırladaq ki, Baş Assambleyanın sessiyası 69-cü dəfə sentyabrın 21-30-da Nyu-Yorkda keçiriləcək.
Samir