18 İyun 2019 09:55
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi İran körfəzindəki son prosesləri nəzərə alaraq Yaxın Şərqə daha 1000 əsgər göndərəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Pentaqon şefi Patrik Şanahan faktı təsdiqləyib.

Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının tələbini nəzərə alaraq Baş Qərargah və Ağ Ev arasında danışıqlar aparılıb və Yaxın Şərqdə hava, dəniz, habelə qurudan olan təhdidləri nəzərə alaraq müdafiə məqsədilə 1000 əsgərin göndərilməsi qərarı verilib.

Pentaqon şefi açıqlamasında qeyd edib ki, son hücumları ilə ABŞ personalını və bölgədəki maraqlarını təhdid edən İran qüvvələri və İranı dəstəkləyən qrupların düşmən hərəkətlərinə dair kəşfiyyat məlumatları təsdiqlənib.

ABŞ-ın İranla müharibə etmək niyyətində olmadığını xatırladan müdafiə naziri bildirib ki, atılan addım regionda hərbi personalın təhlükəsizlik və rahatlığı, habelə maraqların təminatı üçündür.


Müəllif: Cavad

Oxşar xəbərlər