11 İyul 2019 16:53
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Afrin bölgəsində terror təşkilatı YPG/PKK tərəfindən terror aktı həyata keçirilib.

Teleqraf.com xarici mətbuata istinadla bildirir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla, 9 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.

Afrinin Əşrəfiyə məhəlləsində içində bomba olan maşın partladılıb. YYPG/PKK- lı terrorçular bombanı Hələb Bulvarı üzərindən xüsusi idarəetmə ilə partladıb.

Hadisədə 15 yaşayış evi və bir çox işyerlərinə ziyan dəyib.

Olay yerinə təcili yardım briqadaları cəlb olunub.

İmamət İsmayılova


Müəllif: Teleqraf.com