Yunanıstanda fırtına səbəbindən 6 nəfər ölüb, 108 nəfər yaralanıb.
Teleqraf.com xarici mətbuata istinadla bildirir ki, bu barədə Yunanıstanın ERT dövlət televiziyası məlumat verib.
Yunanıstanın Selaniki şəhəri yaxınlığında baş verən hadisə zamanı ikisi uşaq olmaqla 6 turist həlak olub. Turistlərin Rusiya, Çexiya, Ruminiyadan gəldiyi bildirilir
Ölkədə fövqəladə vəziyyət elan edilib.
İmamət İsmayılova