17 İyul 2019 14:19
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada istehsal edilən hava hücumundan müdafiə sisteminə sahib olduqları üçün indi 100-dən çox təyyarəni almaları əngəllənir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan S-400 komplekslərini alması haqqında danışarkən deyib.

Türkiyənin Rusiyadan S-400 kompleksləri almasına ABŞ-ın və Prezident Trampın hansı mövqe sərgiləyəcəyi çox maraqla gözlənilirdi. Çünki hazırda həm administrasiya, həm də Konqres Trampa Türkiyəyə qarşı sanksiyalar qəbul etməsi üçün təzyiqlər göstərir.

Ötən gün administrasiyada kabinetini toplayan ABŞ prezidenti nəhayət, bu haqda danışıb.

Prezident Ərdoğanla G20 sammiti zamanı görüşərkən Tramp S-400 məsələsinə görə sələfi Barak Obamanı tənqid etmişdi. Bu dəfə də Tramp belə tonda bir açıqlama verib. Ərdoğanla münasibətlərinin yaxşı olduğunu bildirən Trampın “Rusiyada istehsal edilən hava müdafiə sisteminə sahib olduqları üçün indi 100-dən çox təyyarəni almaları əngəllənir” fikri beyinləri qarışdırıb. Tramp əlavə edib ki, rus raketləri aldıqları üçün türklərə milyardlarla dollarlıq hava nəqliyyat vasitəsi satmaq fikirləri yoxdur: “Bu adi bir vəziyyət deyil”.


Müəllif: Cavad