19 İyul 2019 19:38
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dan Türkiyəyə nümayəndə heyəti gəlir.

Prezident Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftənin birinci günü – iyulun 22-də Ankarada olacaq.

Görüşmələrdə Fərat çayının şərqi, təhlükəsizlik bölgə və Suriyadakı son vəziyyət müzakirə olunacaq.
Türkiyənin Rusiyadan aldığı S-400-lərin ölkəyə gətirilməsindən sonra gərginləşən Ankara-Vaşinqton münasibətləri fonunda bu səfər maraqla gözlənilir.


Müəllif: Mənbə/Publika.az