ABŞ Prezidenti Donald Tramp İranla heç bir ilkin şərt olmadan danışıqlara başlamağa hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Argentinada jurnalistlərə açıqlaması zamanı deyib.
“Prezident Tramp aydın şəkildə bizim danışıqlara heç bir ön şərt olmadan başlamağa hazır olmağımızla bağlı mesaj verdi. İranlılar isə hələ də danışıqlara ABŞ-ın nəsə edəcəyi təqdirdə gedəcəyini deyirlər. Danışıqlar problemin həlli üçün doğru yoldur”, – deyə, o bildirib.