22 İyul 2019 12:08
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qırıcıları İdlibin bir qəsəbəsində bazarı bombalayıb.

Teleqraf.com-un xəbərinə görə, bombardman nəticəsində 17 nəfər ölüb.

Məlumata görə, rus qırıcıların hədəfində Bıdama bələdiyyəsi, Kenbbine və Tel-manniş kəndləri də olub.

Mülkü Müdafiə Təşkilatının rəhbəri Mustafa Hac deyib ki, bazarın bombalanması nəticəsində ölən 17 nəfərdən biri mülki müdafiə könüllüsüdür.

Onun sözlərinə görə, ölü sayının artması təhlükəsi var.

Qeyd edilir ki, son 24 saatda həyata keçirilən hava hücumu nəticəsində 34 insan ölüb.


Müəllif: Cavad