31 İyul 2019 14:47
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı rejissor Kventin Tarantinonun yeni filmi “Bir zamanlar Hollivudda” mərhum aktyor Bryus Linin qızı Şannon Linin kəskin tənqidlərinə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, Şannon rejissorun filmdə atasını “kinli pis adam” kimi təsvir etdiyini iddia edib.

O, Tarantinonun Bryus Lini “axmaq, kinli və pis adam” kimi təqdim etdiyinə görə məyus olduğunu bildirib.

Filmin yayımlanan fraqmentində Bryus Li əllərini “ölümcül silah” adlandırmasından sonra onu məsxərəyə qoyan Bred Pit və Kliff But obrazlarını döyüşə dəvət edir.

Filmdəki bu səhnənin əksinə olaraq, Şannon Li 1960-cı illərdə Burtdan daha çox işləmək məcburiyyətində qaldığını, yaxşı və zəhmətkeş bir insan olduğunu deyib:

“Filmdə yer alan səhnələrin arxasında duran həqiqətləri anlaya bilirəm. Filmdəki iki obrazın anti-qəhrəman olduğunu və bunun bir növ nifrət fantaziyası olduğunu anlayıram. Amma burada daha çox irqçilik və cəmiyyətdən xaric etmək təsvirlərinə yer verilib”.

Şannon Li sözlərinə belə davam edib: “Bred Pitt obrazını Bryus Lini məğlub edə biləcək bir formada təsvir etmək istəklərini anlayıram. Lakin ona yaşadığı dövrlərdə Hollivudun bəslədiyi ögey münasibəti göstərmək lazım deyildi”.

Lakin Şannon atasının obrazını canlandıran aktyor Mayk Moxun istedadını bəyəndiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər