8 Avqust 2019 15:25
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Krakov şəhərində Rusiyaya bağlı mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri həbs olunub.

Teleqraf.com xəbər verir ki, 26 nəfərlik mütəşəkkil dəstənin 22 üzvü Ermənistan və Çeçenistan vətəndaşıdır.

Krakov prokuroru Yanuş Xnatko məsələ ilə əlaqədər cinayət işinin açıldığı və araşdırmanın aparıldığını bildirib.

Prokuror qeyd edib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri ayrı-ayrı vaxtlarda Polşaya qanunsuz yollarla keçib.

O, 26 nəfərlik cinayətkar heyətin ölkəyə məqsədli şəkildə göndərildiyini istisna etməyib və axtarışlar zamanı dəstənin istifadə etdiyi avtomobillərdən çoxlu sayda odlu silah və sursat aşkar olunduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər