18 Avqust 2019 17:32
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə şəhərin ətrafında yerləşən Levallua-Perre şəhərindəki bazarda yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, şəhər hakimiyyəti yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etməyi tövsiyə edib.

Bildirilir ki, "Anri-Barbyus" bazarında güclü yanğın baş verib. Həmin bazar "Qabriel-Peri" idman mərkəzinin yaxınlığında yerləşir.

Yanğınsöndürmədə 160 yanğınsöndürən iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com