23 Avqust 2019 13:56
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Mori Building” şirkəti 2023-cü ilədək Tokioda 330 metr hündürlükdə bina ucaltmaq niyyətindədir.

Yaponiyanın ən hündür binası olacaq tikilidə həm yaşayış, həm də ofis sahələri yaradılacaq. Paytaxtın mərkəz hissəsində inşa olunacaq bina mehmanxana və beynəlxalq təhsil mərkəzinin də daxil olacağı kompleksin bir hissəsi olacaq.

Qeyd olunur ki, 2027-ci ildə “Mitsubishi Estate” tərəfindən Tokio vağzalı yaxınlığında 390 metr hüendürlükdə başqa bir bina ucaldılacaq.

Hazırda Yaponiyanın ən hündür binası Osakada yerləşir, hündürlüyü 300 metrdir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər