23 Avqust 2019 23:13
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, ABŞ prezidenti Donald Trampla Suriyanın şimalında yaranmış vəziyyəti müzakirə edəcək.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 18 illiyi ilə bağlı mərasimdə Donald Trampla telefon danışığının olacağı anonsunu verib.

Dövlət başçısı deyib ki, o, Suriyanın şimalında, Türkiyə ilə sərhəd boyu "sülh zonası" yaratmaq niyyətindədir.

Qeyd edək ki, həmin ərazidə hökumət qüvvələrinin hücumu davam edir.


Müəllif: Teleqraf.com