Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çin Xalq Respublikasına dövlət səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, ölkə başçısının Pekində Qazaxıstan-Çin İş Şurasının 6-cı iclasının açılışında iştirak edəcəyi və Çin Sosial Elmlər Akademiyasında mühazirə oxuyacağı nəzərdə tutulub.
Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Baş Naziri Li Keqianq və digər siyasi və işgüzar dairələrin təmsilçiləri ilə bir araya gələcək.
Qazaxıstan prezidenti ikigünlük səfəri çərçivəsində Hanqzhouya da gedəcək və burada qlobal innovativ məhsulların aparıcı tədarükçüsü olan Hikvisionun fəaliyyəti ilə tanış olacaq. Onun Alibaba şirkətinin ofisində də olacağı nəzərdə tutulub.