14 Sentyabr 2019 19:38
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Dmitri Medvedev oktyabrın 19-dan 20-dək Belqradda olacaq və Serbiya paytaxtının azad edilməsinin 75 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidmətindən bildirilib.

D.Medvedyev Serbiya Prezidenti Aleksandr Vuçiç və Baş naziri Ana Brnabiçlə danışıqlar aparacaq, bu zaman iki ölkə arasında ticari, iqtisadi, mədəni və humanitar əlaqələrin hərtərəfli müzakirəsi planlaşdırılır.

“Dmitri Medvedev Belqradın azad edilməsinin 75 illiyi münasibətilə keçiriləcək tədbirlərdə də iştirak edəcək. Danışıqlardan sonra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, – deyə mətbuat xidmətindən bildirilib.

D.Medvedevin A.Vuçiçin dəvəti ilə Belqradı ziyarət edəcəyi qeyd olunur.


Müəllif: Səxavət