Misirdə “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Badiaya və təşkilatın daha 14 fəalına ikinci ömürlük cəza verilib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, onların hamısı ən azı 9 nəfərin ölümündə və zorakılığa təhrik etməkdə təqsirli biliniblər.
Bundan əvvəl Badia Məhəmməd Mursinin devrilməsinə qarşı nümayişlərdə iştirak ittihamı ilə ölüm cəzasına məhkum edilmişdi, lakin sonra bu qərar ömürlük cəza ilə əvəzlənmişdi.
Ümumilikdə Badiaya qarşı 30-dan çox cinayət işi qaldırılıb. Xatırladaq ki, Misir “Müsəlman Qardaşları” hərəkatını terrorçu təşkilat elan edib.