9 Oktyabr 2019 00:58
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın respublikaçı senatoru Lindsey Graham və demokrat Chris Coons konqresə məktub göndərərək Trampın Suriyanın şimalından çəkilmə qərarı ilə bağlı gizli toplantı keçirilməsini tələb ediblər.

Teleqraf.com xəbər verir ki, məktubda ABŞ Suriyanın şimalındakı mövqelərinin Türkiyə, Rusiya və İran tərəfindən tutulacağı narahatlıqla ifadə olunub. "Bu qərar ABŞ-ın bölgədəki mövqeyini zəiflədəcək", qeyd olunan məktubda YPG/PKK terrorçuları "kürd ortaqları" kimi qeyd olunub.

Senatorlar Trampın qərarının ABŞ üçün faydalı olması üçün müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilməsini tələb ediblər.


Müəllif: Teleqraf.com