18 Oktyabr 2019 16:17
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqlama yayıb.

Teleqraf.com-a daxil olan açıqlamada deyilir:

“Terror təşkilatı yandaşı hesablarla onları dəstəkləyən media orqanları “Sülh çeşməsi” hərəkatı vasitəsilə ölkəmizə yönəlik qara propaqanda fəaliyyəti həyata keçirməyə davam etməkdədirlər. Bu çərçivədə dünən də türk ordusunun kimyəvi silah istifadə etdiyi istiqamətində iddialar ortaya atılıb. İctimaiyyətlə paylaşılan iftira məzmunlu fotolar Suriyadakı rejim güclərinin (Bəşər Əsəd tərtəfdarlarının-red.) mülki insanları və İsrailin Qəzzanı vurduğu görüntülərdir”.

Mətbuat müşavirliyi müzakirə mövzusu olan fotoların iftira, yalan olduğunu müqayisəli şəkildə KİV nümayəndələrinin diqqətinə təqdim edib.


Müəllif: Səxavət