4 Noyabr 2019 15:36
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada saxlanılan İŞİD terror təşkilatının avropalı üzvlərinin təhvil alınması ilə bağlı çağırışına Belçika və İngiltərədən cavab verilib.

Teleqraf.com xəbər verir ki, hər iki ölkədən verilən aıqlamada cihadçı terrorçularla bağlı qərarlarının dəyişmədiyinə və həbs olunduğu dövlətdə mühakimə olunmasının vacibliyinə diqqət çəkilib.

İngiltərə Xarici İşlər Nazirliyinin məsələ ilə əlaqədar yaydığı açıqlamada bildirilib:

“Bizim üçün prioritet Böyük Britaniyada yaşayanların təhlükəsizliyidir. İŞİD üçün döyüşənlər və ya ona dəstək verənlər işlədiyi cinayətlərə görə həbs olunduğu ölkələrdə mühakimə edilməlidir”.

Məlumatda həmçinin bu ölkədən olan İŞİD-çilərin Britaniyaya qayıtmasının qarşısının alınması üçün xüsusi tədbirlər görüldüyü qeyd edilib.

Belçika Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da İŞİD üzvlərinin həbs olunduğu ölkələrdə mühakimə edilməli olduğu vurğulanıb.

Avropa ölkələri Suriyada saxlanılan cihadçı terrorçuların mühakimə edilməsi üçün bir müddətdir İraq hökuməti ilə danışıqlar aparsa da, hələlik müzakirələr bir nəticə vermir.

ABŞ hərbi qüvvələrinin Suriyadan çəkilməsindən sonra Türkiyənin bölgədə əməliyyata başlaması ilə bölgədə saxlanılan İŞİD üzvləri müzakirə mövzusu olub.

Türkiyə daxili işlər naziri Süleyman Soylu bu məsələdə Avropa dövlətlərinin mövqeyini tənqid edərək, “Biz kimsənin, İŞİD üzvlərinin oteli deyilik” demişdi.

Nazir etirazlara baxmayaraq, türk ordusunun nəzarətində olan həbsxanalarda saxlanılan terrorçuların aid olduqları ölkələrə göndəriləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər