Suriyada fəaliyyət göstərən “ağ baretlilər”in qurucusu olduğu iddia olunan Ceyms Qustav Edvard Le Mesurierin cəsədi İstanbuldakı evinin qarşısında tapılıb.
Teleqraf.com xəbər verir ki, Suriyada sosial şəbəkələrdə yayılan xbərlərə görə, İngiltərə kəşfiyyatının (Mİ6) sabiq zabiti Mesurieri öldürülüb.
İstanbul polisində bir mənbə bildirib ki, Mesurierinin cəsədi İstanbulun Beyoğlu səmtindəki evinin qarşısında tapılıb. Hadisə bu gün saat 05:30-da baş verib. Cəsədi görən vətəndaşlar bu haqda polisə məlumat veriblər. Polis hadisə yerinə gəlib, sabiq kəşfiyyatının yaşadığı binanın qapısını xanımı açıb. Vəziyyəti polisdən eşidən xanım şok keçirib.
Ehtimal olunur ki, sabiq kəşfiyyatçı özünü eyvandan ataraq intihar edib.