Ukrayna Prezidenti Vladimir Zelenski “Batkivşina” Partiyasının rəhbəri Yuliya Timoşenkonun müxalifətə keçməklə xalqın qayğısına qalmağı təqlid etdiyini deyib və bunu uzun müddətdir davam edən Ukrayna ənənəsi adlandırıb.
Teleqraf.com xəbər verir ki, prezident “Facebook” səhifəsində yazıb:
“Beş ildə bir dəfə Yuliya Vladimirovna Timoşenko xalqın qayğısını təqlid edərək hazırkı prezidentə qarşı çıxır”.
Prezident qeyd edib ki, o, Timoşenkonun ICTV-də “Batkivşina”nın “Xalqın xidmətçisi” fraksiyasının qanun layihələrinə səs verməyə razılaşması müqabilində müəyyən vəzifələrə namizədlər irəli sürdüyünü təklif etməsinə dair fikirləri ilə tanışdır:
“Bəli, Yulia Vladimirovna həqiqətən təklif etdi. O, “yağlı” yerlərə təyin ediləcək öz adamlarının siyahısını gətirdi. Bunun müqabilində Ali Radada “Xalqın xidmətçisi” ilə birlikdə il ərzində bütün qanunlara səs verəcəyini vəd etdi. Əlbəttə, biz imtina etdik. Axı, sövdələşmə dövrü əbədi olaraq bitib”.
Noyabrın 13-də Y.Timoşenko müxalifətə keçdiyini elan edib.