2 Dekabr 2019 14:33
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı Rusiya qoşunlarının komandanı Aleksandr Çayko Suriya Demokratik Qüvvələrinin komandanı, general Mazlum Kobani ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş barədə YPG rəhbəri Tvitter hesabında məlumat paylaşıb.

O, rus komandirlə görüşdə Amu, Tel Tamr ve Ayn İsada rus hərbçilərinin yerləşdirilməsi istiqamətində anlaşdıqlarını qeyd edib.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu ötən ay Kobani ilə canlı bağlantı yaradaraq görüntüləri mediaya sızdırmışdı. Kobaninin rus bayrağı qarşısında dayanaraq çıxış etməsi diqqət çəkmişdi.

Türkiyə ilə birlikdə ortaq hərbi təlim keçirən Rusiya isə YPG terror təşkilatın ilə yaxınlaşmağa davam edir.


Müəllif: Nərgiz