6 Dekabr 2019 12:28
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Kamal Atatürk Adolf Hitlerlə əməkdaşlıq edib, hətta nasistlərdən zəhərli qaz alıb.

Teleqraf.com xəbər verir ki, bu böhtan Almaniyanın dövlət televiziyası ARD kanalında, bir proqramda səsləndirilib.

Proqramda Atatürk tarixin ən vəhşi diktatoru Adolf Hitlerlə müqayisə olunub.

Atatürkün Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi iddia olunan proqramda başqa iftiralar da atılıb. Qeyd edilib ki, Atatürk Türkiyəni modern dövlət halına gətirmək üçün Hitler rejimi ilə işləyib.

Mustafa Kamal Atatürkün “tək dövlət, tək lider, tək dil, tək din” prinsipinə diqqət çəkən proqramda Atatürkün nasistlərdən zəhərli qaz belə aldığını və bunlarla Dersimə hücum etdiyi kimi skandal ifadələrə yer verilib.

Bu iddia və böhtanları rədd edən Almaniyadakı türk cəmiyyətləri bu gün və sabah televiziya binası önündə aksiya keçirəcəyini bildirib.


Müəllif: Cavad