7 Dekabr 2019 16:54
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının altı vətəndaşı Florida ştatının Pensakola şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin aviabazasında saxlanılıb. Onlar üç əsgərin ölümü və on nəfərin yaralanması ilə nəticələnən atışma ilə əlaqədar sorğu-sual edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı yüksək çinli məmura istinadən məlumat yayıb.

Florida qubernatoru Ron Desantis Pensakolada atəş açanların ABŞ aviabazasında təlim keçən Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu təsdiqləyib.

Florida senatoru Rik Skott hadisə ilə əlaqədar ABŞ-dakı xarici hərbi pilotların təlim proqramlarına yenidən baxmağa çağırış edib.

Dekabrın 6-da Florida ştatındakı Hərbi-Dəniz Qüvvələrinin aviabazasında atışma baş verib. Nəticədə 3 nəfər ölüb, 7 nəfər xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs məhv edilib.


Müəllif: Səxavət