8 Dekabr 2019 16:16
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson jurnalistlərin suallarını cavablandırarkən özünün yanlış hərəkətlərindən də danışıb.

Teleqraf.com xəbər verir ki, o, velosiped sürərkən qanunları pozduğunu etiraf edib.

"Bilirsiniz ki, əvvəllər hər gün velosiped sürürdüm. Bəzən səkiyə çıxaraq yol hərəkəti qaydalarını pozurdum. Səki üzərində velosiped sürməyin tamamilə əleyhinə olduğumu bilməyinizi istəyirəm və bunun yanlış olduğunu bilirəm. Özümü bu səhvimə görə pis hiss edirəm", - deyə Boris Conson qeyd edib.


Müəllif: Teleqraf.com