12 Dekabr 2019 15:08
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya parlamentinin İcmalar Palatasına növbədənkənar seçkilər başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qeyd olunur ki, ölkədəki seçki məntəqələri saat 07:00-da açılıb və 22:00-a qədər işləyəcək.

Bundan öncə İngiltərənin Baş naziri Boris Conson söz vermişdi ki, partiyası seçkidə qalib gələrsə, Avropa İttifaqı ilə razılaşma üzrə növbəti debat və səsvermə Milad bayramından əvvəl keçiriləcək.

Oktyabr ayında Britaniya İcmalar Palatası B.Consonun dekabrın 12-də parlament seçkiləri keçirilməsi ilə əlaqədar qanun layihəsini üçüncü oxunuşda bəyənib.

Növbədənkənar seçkilərin “Breksit”in ləğvinə səbəb ola biləcəyi ehtimal olunur.


Müəllif: Səxavət