22 Sentyabr 2014 12:04
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri ilə İran xarici işlər naziri Cavad Zarif Nyu-Yorkda bir araya gəlib.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bir saatdan çox davam edən görüşdə İranın nüvə proqramına dair Çin, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və ABŞ arasındakı görüşlərindəki son vəziyyət müzakirə olunub.

Görüşdə Kerri Nyu-Yorkda həftə boyu davam edəcək BMT Baş Assambleyasının 69-cu sessiyasının bu məsələnin həlli yolunda irəliləyiş əldə edilməsi üçün bir fürsət olduğunu və bunun üçün çalışacaqlarını deyib.

Müzakirələrdə “İraq-Şam İslam Dövləti” (IŞİD) terror təşkilatının regionda artan təhdidi də müzakirə olunub.


Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər