22 Sentyabr 2014 13:01
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ də qumar kimi günahları qamçı ilə cəzalandıran İndoneziyanın Banda Aceh əyalətində cinsini dəyişdirənlərə “sərt cəza” verilməsi gündəmə gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, parlamentə göndərilən təkliflər paketi qəbul ediləcəyi halda mavilərə 100 qamçı və ya dəyənək vurulucaq. İndoneziyada bu təkliflərin insan haqlarının təməl prinsiplərinə qarşı olduğunu düşünənlərlə yanaşı, onu müdafiə də var. Hələ 2013-cü ildə ölkədə artan mavilərin qarşılaşdığı problemlərdən bəhs edən film böyük səs-küyə səbəb olmuşdu.

Qeyd edək ki, qanun layihəsinə görə kişilər arasında cinsi əlaqə və qadın arasında bir-birinin bədəninə toxunmaq günah sayılacaq.

AZAD


Müəllif: